Bank Of Baku

Azərbaycanda keçiriləcək Türkmənistan Mədəniyyət Günləri ilə bağlı 60 nəfərlik nümayəndə heyəti Bakıya gəlib

Azərbaycanda keçiriləcək Türkmənistan Mədəniyyət Günləri ilə bağlı 60 nəfərlik nümayəndə heyəti Bakıya gəlib
# 03 noyabr 2010 11:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanda keçiriləcək Türkmənistan Mədəniyyət Günləri ilə bağlı 60 nəfərlik nümayəndə heyəti Bakıdadır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Türkmənistan Milli Mədəniyyət Mərkəzinin baş direktoru xanım Tuvakbibi Durdıyevanın rəhbərlik etdiyi nümayəndə heyətinə Türkmənistan İncəsənət Muzeyinin direktoru Saparmamed Meredov, “Dokmaçılar” rəqs qrupu, tanınmış müğənnilər, televiziya və KİV nümayəndələri daxildir. Səfər çərçivəsində nümayəndə heyəti bu gün Fəxri xiyaban və Şəhidlər xiyabanının ziyarət edəcəklər. Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinin rəsmi açılış mərasimi isə noyabrın 4-də Dövlət Gənc Tamaşaçılar Teatrında baş tutacaq. Mədəniyyət günləri ərzində noyabrın 5-də Muzey Mərkəzində Türkmənistan rəssamları və dekorativ sənət ustalarının əsərlərindən ibarət sərginin açılışı, Türkmənistan kinofilmlərinin, Azərbaycan Dövlət Kukla Teatrında “Mollanepes” mono tamaşasının nümayişinin təşkili planlaşdırılır. Noyabrın 6-da isə Qaradağ rayonunda Türkmənistan Mədəniyyət Günlərinin bağlanışı və incəsənət ustalarının konserti keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR