Bank Of Baku

Azərbaycanda Türkmənistan Mədəniyyət Günləri keçirilir

Azərbaycanda Türkmənistan Mədəniyyət Günləri keçirilir
# 05 noyabr 2010 09:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanda Türkmənistan Mədəniyyət Günləri keçirilir. APA-nın məlumatına görə, noyabrın 4-də başlayan mədəniyyət günləri çərçivəsində bu gün Muzey Mərkəzində Türkmənistan rəssamları və dekorativ sənət ustalarının əsərlərindən ibarət sərginin açılışı olub.

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev Azərbaycanda keçirilən Türkmənistanın Mədəniyyət Günlərinin əhəmiyyətindən danışıb və noyabrın 6-na kimi müxtəlif tədbirlərin keçiriləcəyini bildirib. Türkmənistan Milli Mədəniyyət Mərkəzinin baş direktoru xanım Tuvakbibi Durdıyeva isə Azərbaycanda bu günlərin təşkilinə sevindiklərini və mədəniyyət sahəsində bu cür tədbirlərin keçirilməsindən məmnunluq duyduqlarını söyləyib.

Sərgidə rəngkarlıq, qobelen, xalça və zərgərlik nümunələri nümayiş etdirilib. Muzeydə Türkmənistan musiqiçilərinin ifasında mahnılar, Türkmənistanın milli mətbəxindən nümunələr təqdim olunub. Daha sonra Mədəniyyət Günləri Muzey Mərkəzində Türkmənistan filmlərinin nümayişi ilə davam etdirilib.

Qeyd edək ki, Türkmənistan Mədəniyyət Günlərində qardaş ölkədən 60 nəfərlik nümayəndə heyəti iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR