Bank Of Baku

“Sahə” bədii filmi Tiflisdə keçiriləcək Beynəlxalq Film Festivalının müsabiqə proqramına daxil edilib

“Sahə” bədii filmi Tiflisdə keçiriləcək Beynəlxalq Film Festivalının müsabiqə proqramına daxil edilib
# 05 noyabr 2010 09:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Nərimanfilm” Kinostudiyasının istehsalı olan “Sahə” bədii filmi (ssenari müəllifi və quruluşçu-rejissor İlqar Safat) Tiflisdə keçiriləcək XI Beynəlxalq Film Festivalının beynəlxalq müsabiqə proqramına daxil edilib. “Nərimanfilm”dən APA-ya verilən məlumata görə, dekabrın 6-dan 12-dək keçiriləcək festivalda bir çox ölkə filmlərinin nümayişi təşkil olunacaq və festival çərçivəsində keçiriləcək müsabiqədə həmin filmlərin bir neçəsi birincilik uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, “Sahə” filmi Azərbaycan tərəfindən “Xarici dildə ən yaxşı film” kateqoriyasında “Oskar” mükafatına namizəd göstərilib. Film Azərbaycan və Gürcüstanın kinematoqrafçılarının müştərək istehsalıdır. Baş rolları Zaza Beyaşvili (Gürcüstan), Melissa Parel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) ifa ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR