Bank Of Baku

Heydər Əliyev Sarayında uşaqlar üçün keçiriləcək konsertin məşqləri başlanıb – FOTO

Heydər Əliyev Sarayında uşaqlar üçün keçiriləcək konsertin məşqləri başlanıb – <font color=red>FOTO</font>
# 05 noyabr 2010 15:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın 14-də Heydər Əliyev Sarayında uşaqlar üçün “Arzular qanadında” adlı konsert keçiriləcək. Sarayın mətbuat katibi Anar Fərəczadənin APA-ya verdiyi məlumata görə, artıq konsertin məşqləri başlanıb. O, uşaqlar üçün xüsusi lazer şousunun təşkil olunacağını da söyləyib.

Konsertdə “Çiçəyim” Uşaq Teatrı, “Səyyah”, “Azəri inciləri”, “Şənlik” rəqs kollektivləri iştirak edəcəklər. Sarayın təşəbbüsü ilə keçirilən hər konsertdə olduğu kimi, bu tədbirdə də uşaq evlərinin sakinləri, eləcə də əlil azyaşlılar üçün yer ayrılacaq. Biletlərin qiyməti 3 manatdan 10 manata qədərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR