Bank Of Baku

Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev Avropa Kinorejissorlar Federasiyasının konfransında iştirak edib

Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev Avropa Kinorejissorlar Federasiyasının konfransında iştirak edib
# 08 noyabr 2010 08:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Roma şəhərində Avropa Kinorejissorlar Federasiyasının (FERA) Baş Assambleyasının konfransı keçirilib. Dünyanın 32 ölkəsindən peşəkar kino təşkilatlarının iştirak etdiyi yığıncaqda Azərbaycanı Professional Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev təmsil edib. Gildiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 5-dən 7-ə qədər baş tutan konfransda FERA-nın hesabatı, rejissorla yeganə müqavilə layihəsinin təsdiqi, habelə 2011-2013-cü illərdə görüləcək işlər müzakirə olunub.

Konfrans ərəfəsində əsası 1980-ci ildə elə Roma şəhərində İtaliya və Fransa rejissorları tərəfindən qoyulmuş FERA-nın 30 illiyi də qeyd edilib. Azərbaycan Professional Kinorejissorlar Gildiyası 2000-ci ildən bu qurumun üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR