Bank Of Baku

ABŞ və Kanadanın teatr mütəxəssisləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında seminarlar keçiblər

ABŞ və Kanadanın teatr mütəxəssisləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında seminarlar keçiblər
# 08 noyabr 2010 13:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans çərçivəsində beynəlxalq seminarlar keçirilib. APA-nın məlumatına görə, bu gün keçirilən seminarlarda kanadalı, amerikalı, rusiyalı teatr xadimləri məruzələr oxuyublar. Seminarlarda Azərbaycanın bir çox teatr nümayəndələri, aktyor və aktrisaları iştirak ediblər. Bu gün axşam konfrans iştirakçıları üçün Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası nümayiş olunacaq.

Sabah isə yenicə əsaslı təmirdən çıxmış Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Beynəlxalq Teatr Konfransının rəsmi açılışı keçiriləcək. Konfransda iştirak etmək üçün Avropa, Asiya və Amerika qitələrinin tanınmış teatr mütəxəssisləri, rejissor və dramaturqları, kulturoloqlarının Azərbaycana təşrif buyurublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR