Bank Of Baku

Bakı Beynəlxalq Teatr Konfransının rəsmi açılış mərasimi keçirilib - FOTOSESSİYA

Bakı Beynəlxalq Teatr Konfransının rəsmi açılış mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 09 noyabr 2010 11:44 (UTC +04:00)
APA-nın məlumatına görə, konfransda 30-a yaxın ölkənin 70-dən çox teatr üzrə mütəxəssisi iştirak edir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfransdakı çıxışında bildirib ki, Azərbaycanda teatrı tarixinin qədim ənənəsi var: “XIX əsrinin II yarısı Azərbaycanda mədəniyyət və incəsənət sahəsində köklü dəyişikliklər baş verib, bu dövr Azərbaycan teatrının tarixi üçün həlledici olub. 1873-cü ildə isə Azərbaycanda ilk dəfə olaraq M.F.Axundovun “Lənkəran xanın vəziri” və “Hacı Qara” əsərləri səhnələşdirilib”.

Ə.Qarayev bildirib ki, hazırda Azərbaycanda 27 dövlət teatrı var: “Son beş ildə dövlət teatrları tərəfindən 433 yeni tamaşa hazırlanıb. Onların 68-i Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə səhnələşdirilib”.

Litva mədəniyyət nazirinin müavini Deividas Stanonkus Azərbaycanda keçirilən bu konfransı çox əhəmiyyətli sayıb və onu tarixi konfrans hesab edir.

Rusiyanın “Beş axşam” Teatrı Festivalının rəhbəri Marina Dmitrevskaya isə bildirib ki, Rusiyada olduğu kimi, başqa ölkələrdə də teatr əvvəlki ruhunu itirir: “Teatr indi çox da yaxşı dövrünü keçirmir. Bizim hamımızın bu problemlə bağlı eyni dünyagörüşümüz var. Mən əminəm ki, buz bu problemin həllinə nail olacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR