Bank Of Baku

Bakıda “Yaponiya Günü” keçirilir - FOTOSESSİYA

Bakıda “Yaponiya Günü” keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 11 noyabr 2010 09:38 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Yaponiya Günü” adlı tədbir başlayıb. APA-nın məlumatına görə, tədbirdə çıxış edən universitetin rektoru Temurçin Əfəndiyev bildirib ki, çox qədim və zəngin ənənələrə sahib olan yapon mədəniyyəti və incəsənəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində öyrənilir. O, tələbələrin yapon teatr sənəti və təsviri sənətinin öyrənilməsinə böyük maraq göstərdiklərini deyib. Rektor keçirilən tədbirin başçılıq etdiyi universitetin Yaponiyanın tədris ocaqları ilə əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəyini söyləyib.

Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe isə etiraf edib ki, Azərbaycana gəlməzdən əvvəl ölkəni yalnız neft-qaz məmləkəti kimi təsəvvür edirmiş: “Burada olduğum üç həftə ərzində bölgələrdə oldum və fikirlərim tam dəyişdi. İndi mən görürəm ki, Azərbaycan yalnız təbii resursları ilə yox, insan resursları ilə də zəngindir. Ona görə də mən Yaponiya ilə Azərbaycan arasında xüsusilə mədəniyyət sahəsində əlaqələri genişləndirmək istəyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR