Bank Of Baku

Almaniyada “Azərbaycanın elm və mədəniyyət həftəsi” təşkil olunacaq

Almaniyada “Azərbaycanın elm və mədəniyyət həftəsi” təşkil olunacaq
# 11 noyabr 2010 12:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın 29-dan dekabrın 2-nə kimi Almaniyanın Humboldt Berlin Universitetində “Azərbaycanın elm və mədəniyyət həftəsi” təşkil olunacaq. APA-nın məlumatına görə, elm və mədəniyyət həftəsi Azərbaycan nümayəndəliyinin bu universitetlə əməkdaşlığı nəticəsində reallaşacaq.
Həftə çərçivəsində beynəlxalq elmi konfransın, gənclər forumunun, eləcə də çoxsaylı konsertlərin və sərgilərin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Humboldt Berlin universitetində "Azərbaycan tarixi" kafedrası fəaliyyətə başlayıb. Bu kafedranın açılmasında əsas məqsəd ölkə tarixinin təbliği, Azərbaycan tarixi sahəsində birgə elmi tədqiqatların aparılması, müəllim heyəti mübadiləsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR