Bank Of Baku

Alim Qasımov İranın Xoy şəhərində konsert verib

Alim Qasımov İranın Xoy şəhərində konsert verib
# 12 noyabr 2010 12:00 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Azərbaycanın xalq artisti Alim Qasımov İranın Şərqi Azərbaycan vilayətinin Xoy şəhərində keçirilən beynəlxalq Şəmsi Təbrizi Konqresi çərçivəsində konsert verib. APA-nın “İsna”ya istinadən verdiyi məlumata görə, A. Qasımov konsertdə məsnəvilər və Şəmsi Təbrizidən qəzəllər oxuyub. İranın tanınmış sənətkarı Şəhram Naziri də konsertdə iştirak edib. A. Qasımov Ş. Nazirini vəsf edən qəzəl oxuyub.

Konsert salonu tamaşaçılarla dolu olub. İnsanlar Alim Qasımovu ayaq üstdə, hətta salondan kənarda dinləməli olublar. Şəhram Naziri konsertin sonunda Alim Qasımovun başına güldən hazırlanmış tac qoyub.

Qeyd edək ki, Şəmsi Təbrizi Konqresi İranın Mədəniyyət və İslami İrşad Nazirliyi tərəfindən təşkil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR