Bank Of Baku

Çelyabinskdə “Cənubi Ural və Azərbaycan xalqlarının dostluğu dekadası” keçiriləcək

Çelyabinskdə “Cənubi Ural və Azərbaycan xalqlarının dostluğu dekadası” keçiriləcək
# 13 noyabr 2010 10:14 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Noyabrın 15-dən 25-nə kimi Rusiyanın Çelyabinsk şəhərində “Cənubi Ural və Azərbaycan xalqlarının dostluğu dekadası” keçiriləcək. APA-nın “Uralpress”ə istinadən verdiyi məlumata görə, Çelyabinsk vilayətinin Mədəniyyət Nazirliyindən bildiriblər ki, dekada çərçivəsində dəyirmi masalar, idman və mədəni tədbirlər, “Nə? Harada? Nə vaxt?” intellektual oyunu, Azərbaycan və Çelyabinsk incəsənət xadimlərinin iştirakı ilə konsert, şairlər Aslan Gərərxanlı və Nina Yaqodintseva ilə görüş, “Cənubi Ural – Azərbaycan: dostluq və əməkdaşlıq yolunda” adlı elmi-praktik konfrans keçiriləcək.
Azərbaycandan Çelyabinskə 10 nəfərdən ibarət nümayəndə heyəti gedəcək. Nümayəndə heyətinə Bakı şəhər Mədəniyyət İdarəsinin rəisi Əlikram Əliyev rəhbərlik edir. Nümayəndə heyəti Çelyabinsk vilayətinin mədəniyyət naziri Aleksey Betextin və Çelyabinsk meri Stanislav Maşorovun qəbulunda olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR