Bank Of Baku

Vokalçıların Bülbül adına V Beynəlxalq Müsabiqənin açılışı keçirilib – FOTOSESSİYA

Vokalçıların Bülbül adına V Beynəlxalq Müsabiqənin açılışı keçirilib – <font color=red>FOTOSESSİYA </font>
# 16 noyabr 2010 09:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Filarmoniyasında Vokalçıların Bülbül adına V Beynəlxalq Müsabiqəsinin açılışı keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlu bildirib ki, builki müsabiqədə dünyanın 10-a yaxın ölkəsindən 70-dən artıq vokalçı iştirak edir: “Artıq bir neçə ildir bu mötəbər müsabiqə öz qonaqpərvərliyi və şöhrətli vokal məktəbi ilə tanınan ecazkar Bakı şəhərində keçirilir. Bülbül müsabiqəsinin qalibləri bu gün dünyanın ən tanınmış səhnələrində uğurla çıxış edən parlaq ifaçılardır. Bu da təsadüfi deyil, çünki beynəlxalq tərkibli münsiflər heyətinə uzun illərdən bəri təkrarolunmaz müğənni və pedaqoq, unudulmaz sənətkar, mərhum İrina Arxipova rəhbərlik edib. Bu il bu missiya opera səhnəsinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti, Lenin mükafatı laureatı Yevgeni Nesterenkoya həvalə olunub. Müsabiqənin uzun illik tarixində ilk dəfə olaraq münsiflər heyətinin tərkibinə nəinki ifaçılar, həm də tanınmış menecerlər, prodüserlər, dünyada ən məşhur opera teatrlarının rəhbərləri daxildir. Elə ona görə də böyük nüfuz qazanan müsabiqədə iştirak etmək arzusunda olan gənc vokalçıların sayı ildən-ilə artır”.

Münsiflər heyətində təmsil olunan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli müsabiqədə layiqli musiqiçilərin iştirak etdiyini deyib və bu baxımdan münsiflər heyətinin işinin çətin olduğunu vurğulayıb. O, müsabiqənin liderləri arasında Azərbaycanı təmsil edən vokalçıları görmədiyini də söyləyib.

Münsiflər heyətinin sədri Yevgeni Nesterenko Azərbaycanda bu layihənin təşkilini yüksək qiymətləndirib və müsabiqəyə uğur arzulayıb.

Qeyd edək ki, noyabrın 21-nə kimi davam edəcək müsabiqə Mədəniyyət və Turizm Nazirliyi və Bülbül Fondunun təşkilatçılığı ilə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR