Bank Of Baku

“Arşın mal alan” musiqili komediyası Çində nümayiş olunacaq

“Arşın mal alan” musiqili komediyası Çində nümayiş olunacaq
# 18 noyabr 2010 07:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası Çinin paytaxtı Pekinin Tianqiao Teatrının səhnəsində nümayiş olunacaq. APA-nın məlumatına görə, ikipərdəli musiqili komediyanın Çində nümayişi noyabrın 26-da və 27-də keçiriləcək.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycanın Pekindəki səfirliyi, Çin Mədəniyyət Nazirliyi və Çin Milli Operasının birgə təşkilatçılığı ilə “Arşın mal alan” musiqili komediyası Çin Beynəlxalq Opera Festivalı çərçivəsində səhnələşdiriləcək. Azərbaycan Opera və Balet Teatrının rejissoru Hafiz Quliyev və rəssam Tahir Tahirovun rəhbərliyi ilə hazırlanan opera, ilk dəfə 1959-cu ildə Tianqiao Teatrında səhnəyə qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR