Bank Of Baku

İçərişəhərdə Şotlandiya milli musiqisi səslənəcək

İçərişəhərdə Şotlandiya milli musiqisi səslənəcək
# 19 noyabr 2010 08:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın 20-də Şotlandiya milli musiqi alətləri ifaçıları qrupu müəyyən edilmiş marşrutla Bakıda musiqili yürüş keçirəcək. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qrup tuluq zurnalarını ifa edərək yürüşə Qoşa Qala Qapıları meydanından başlayacaq və İçərişəhərin əsas küçələrindən keçməklə hərəkətə davam edəcək. Yürüşün son dayanacağı olan Qız Qalasının qarşısındakı meydanda zəngin və maraqlı konsert proqramı olacaq. Musiqili yürüş Şotlandiya xalqının himayədarı və İsa peyğəmbərin apostolu Müqəddəs Endryunun doğum gününə həsr olunub.

“İçərişəhər” idarəsindən bildirilib ki, 13 il əvvəl yaradılmış Bakı Kaledoniya Cəmiyyəti tərəfindən hər il bu gün münasibətilə xeyriyyə gecəsi keçirilir və gecənin bir hissəsi kimi Şotlandiya milli musiqi alətləri ifaçıları qrupunun musiqili yürüşü təşkil edilir. Eyni zamanda tədbir mədəniyyətlərarası dialoqun gücləndirilməsinə və iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR