Bank Of Baku

Bakıda “Neft və mədəniyyət – xalqın sərvəti kimi” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda “Neft və mədəniyyət – xalqın sərvəti kimi” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 19 noyabr 2010 09:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Noyabrın 23-24-də Bakı şəhərində “Neft və mədəniyyət – xalqın sərvəti kimi” beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumatda bildirilir ki, sözügedən tədbir ilə əlaqədar Rusiyanın tanınmış neft sənaye şirkətlərinin və müvafiq elmi qurumlarının nümayəndələri ilə yanaşı Rusiya Dövlət Dumasının deputatlarının da Azərbaycana səfərləri gözlənilir. Azərbaycan tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu və Memarlıq və İncəsənət İnstitutu, habelə Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndələri də konfransa qatılacaq. Tədbirin sonunda iştirakçılar tərəfindən bəyannamə qəbul olunması nəzərdə tutulur. Bəyannamənin mahiyyəti müasir dövrdə mədəniyyət siyasətinin aktuallığının təsbitinə, habelə biznes dairələrinin mədəniyyətə və yaradıcılıq təşəbbüsünə dəstək və diqqətinin artırılmasına dair çağırışdan ibarətdir. Bəyannamə Azərbaycan və Rusiyanın tanınmış çap mətbu orqanlarında nəşr olunacaq. Konfransın rəsmi açılış mərasimi noyabrın 23-də Muzey Mərkəzində keçiriləcək.
Qeyd edək ki, “Neft və mədəniyyət – xalqın sərvəti kimi” beynəlxalq konfrans Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlığa dair 2009-2010-cu illər üzrə Proqram çərçivəsində baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR