Bank Of Baku

Vokalçıların Bülbül adına V Beynəlxalq Müsabiqəsi başa çatıb

Vokalçıların Bülbül adına V Beynəlxalq Müsabiqəsi başa çatıb
# 22 noyabr 2010 10:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakıda keçirilən Vokalçıların Bülbül adına V Beynəlxalq Müsabiqəsinin qran-prisini Qazaxıstan təmsilçisi Azamat Jeltirquzov qazanıb. APA-nın məlumatına görə, noyabrın 16-da başlayan müsabiqənin nəticələri noyabrın 21-də Azərbaycan Dövlət Filarmoniyasında açıqlanıb.
Müsabiqədə I yeri Ukrayna təmsilçisi Aleksandr Çuvpilo və özbəkistanlı Ramiz Usmanov, II yeri rusiyalı Aleksey Tyuxin və özbəkistanlı Jenisbek Riyazov, III yeri azərbaycanlı Jalə İsmayılova və gürcüstanlı Mariya Kublaşvili, IV yeri azərbaycanlı Azər Rzazadə tutub. “Azərbaycan bəstəkarlarının mahnılarının ən yaxşı ifaçısı” kimi Özbəkistan təmsilçisi Rahim Mirzəmalov, “Xalq mahnılarının ən yaxşı ifasına görə” isə çinli musiqiçi Du Fanionq mükafatlandırılıblar.
Qapanış mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlu müsabiqəyə bu cür marağın olmasından razılığını dilə gətirib. Münsiflər heyətinin sədri Yevgeni Nesterenko bu müddət ərzində Bakını çox sevdiyini və şəhərdən bu tezliklə getmək istəmədiyini söyləyib.
Qeyd edək ki, müsabiqə Mədəniyyət və Turizm Nazirliyi və Bülbül Fondunun təşkilatçılığı ilə həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR