Bank Of Baku

Londonda Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr olunmuş sərginin açılışı olacaq

Londonda Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr olunmuş sərginin açılışı olacaq
# 23 noyabr 2010 08:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın 25-də Londonda dünyanın ən məşhur auksion evlərindən biri - Sotheby auksionunda Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr olunmuş foto-sənədli, bədii və rəqəmsal sərginin açılışı olacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, sərgidə Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətini əks etdirən foto-sənədlər bədii və rəqəmsal şəkildə nümayiş etdiriləcək. Sərginin ikinci dəfə Londonda nümayişi Avropa- Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə həyata keçiriləcək.
Layihənin müəllifləri Azadə Hüseynova, Naidə Abbasova və Əminə Məlikovadır.
Təşkilati dəstək Mədəniyyət və Turizm Nazirliyi, “Statoil-Abşeron” və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsusdur. Sərgi dekabr ayında Nobel qardaşlarının vətəni Stokholmda “Nobel” mükafatının verilməsi ərəfəsində də nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR