Bank Of Baku

Türkiyənin Antalya şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının XXVIII dönəm toplantısı keçiriləcək

Türkiyənin Antalya şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının XXVIII dönəm toplantısı keçiriləcək
# 23 noyabr 2010 08:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Noyabrın 24-25-də Türkiyənin Antalya şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının XXVIII dönəm toplantısı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, TÜRKSOY-un dönəm koordinatoru seçilmiş Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günayın rəhbərliyi və Türkiyənin ev sahibliyi ilə təşkil ediləcək iclasda TÜRKSOY baş katibi Düsen Kaseinov ilə birlikdə təşkilata üzv ölkələrin mədəniyyət nazirləri iştirak edəcək. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyini toplantıda nazirliyin mədəni irs şöbəsinin müdiri Rizvan Bayramov və beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin məsləhətçisi Günay Qurbanova təmsil edəcəklər.

İclasda cari ilin 14-15 sentyabrında İstanbul şəhərində keçirilmiş türkdilli ölkələrin dövlət başçılarının X zirvə görüşünün Bəyannaməsində TÜRKSOY ilə bağlı qəbul edilmiş qərarlar, TÜRKSOY-un fəaliyyət və maliyyə hesabatları, 2011-ci ildə Türkmənistanın paytaxtı Aşqabad şəhərində təşkil edilməsi planlaşdırılan türkdilli ölkələrin Beynəlxalq mədəniyyət festivalı, “2010-Əhməd-Zəki Validi Toqan İli” çərçivəsində həyata keçirilmiş tədbirlər, “2011-Abdulla Tukay İli” Proqramı çərçivəsində reallaşdırılması planlaşdırılan tədbirlər, 2011-ci ildə BMT Baş Qərargahında Novruz Bayramının qeyd edilməsi, 2011-ci il TÜRKSOY Fəaliyyət proqramına əlavə və dəyişikliklər edilməsi, XXVIII toplantının yekun sənədlərinin hazırlanması və digər məsələlər ətrafında müzakirələrin aparılması gözlənilir. Bununla yanaşı, toplantıda TÜRKSOY-un növbəti dönəm koordinatorunun seçilməsi, TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının XXIX toplantısının yeri və tarixinin müəyyənləşdirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR