Bank Of Baku

Azərbaycan və Çelyabinsk vilayəti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb

Azərbaycan və Çelyabinsk vilayəti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb
# 23 noyabr 2010 09:05 (UTC +04:00)
APA-nın məlumatına görə, memorandum Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyətinin Çelyabinskə səfəri çərçivəsində imzalanıb. Memoranduma əsasən, növbəti iki il ərzində Azərbaycan və Çelyabinsk vilayətində qarşılıqlı rəsm sərgiləri təşkil olunacaq, qarşılıqlı qastrol səfərləri həyata keçiriləcək, tələbə və şagird mübadiləsi aparılacaq.
Gələn il Cənubi Uralda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi planlaşdırılır. Bu çərçivədə azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgilərin açılması, Çelyabinskdə birgə iqtisadi və humanitar forumun keçirilməsi, Azərbaycan Kinosu Günləri təşkil olunması nəzərdə tutulur.
Çelyabinsk vilayəti isə Bakıda Təhsil Günü və Mədəniyyət Günü keçirməsi nəzərdə tutur. 2012-ci ildə Azərbaycanda Çelyabinsk vilayətinin Mədəniyyət Günləri və iqtisadi forum keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR