Bank Of Baku

Azərbaycanda dünya şöhrətli rejissor İnqmar Berqmanın filmlərinin nümayişi təşkil olunacaq - FOTO

Azərbaycanda dünya şöhrətli rejissor İnqmar Berqmanın filmlərinin nümayişi təşkil olunacaq - <font color=red>FOTO</font>
# 23 noyabr 2010 10:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanda ilk dəfə olaraq dünya şöhrətli İsveç rejissoru, ssenaristi və yazıçısı, “Oskar” mükafatları laureatı İnqmar Berqmanın (Ernst İngmar Bergman) filmlərinin nümayişi təşkil olunacaq. APA-nın məlumatına görə, filmlərin nümayişi Dövlət Film Fondu və Muzey Mərkəzinin birgə təşəbbüsü ilə “Muzeydə kino” layihəsi çərçivəsində təşkil ediləcək.

Layihə çərçivəsində ilk tədbir İnqmar Berqmanın adı ilə bağlıdır. Dekabrın 1-də Muzey Mərkəzində start götürəcək layihənin əsas məqsədi dünya kinosunun incilərini Bakıda nümayiş etdirmək və dünya kinosunun Azərbaycanda təbliğidir.

İ. Bermanın filmlərinin nümayişi üç aya yaxın davam edəcək və Azərbaycan tamaşaçısına ilk nümayiş olunacaq film “Yeddinci möhür” olacaq. Bu layihə çərçivəsində İsveç rejissorunun 7 filminin nümayişi nəzərdə tutulur. Layihə çərçivəsində filmlərin nümayişi ayda iki dəfə təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR