Bank Of Baku

Rasim Ocaqovun anadan olmasının 77-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

Rasim Ocaqovun anadan olmasının 77-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
# 23 noyabr 2010 10:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinorejissoru Rasim Ocaqovun anadan olmasının 77-ci ildönümü ilə bağlı xatirə tədbiri keçirilib. APA-nın məlumatına görə, anım tədbirində Azərbaycanın tanınmış kino işçiləri iştirak ediblər.

Xalq artisti Nuriyyə Əhmədova, xalq rəssamı Rafiz İsmayılov, kinooperatorlar Rafiq Qəmbərov və Kənan Məmmədov, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının rəhbəri Xamis Muradov və başqaları öz xatirələrini bölüşüblər. Tədbirdə Rasim Ocaqova həsr olunmuş fotolardan ibarət xüsusi çarx nümayiş etdirilib, onun həyat və yaradıcılığını əks etdirən foto-sərginin nümayişi də təşkil olunub. Kinorejissorun yenidən bərpa olunmuş “Qatır Məmməd”, “Tütək səsi”, “İstintaq”, “Ölsəm bağışla”, “Bağlı qapı” filmlərinin plakatlarının sərgisi də keçirilib.

Tədbirdən sonra R. Ocaqovun çox sevilən “Ad günü” filmi göstərilib. Dövlət Film Fondunun rəhbəri Cəmil Quliyev deyib ki, kinorejissorun anadan olmasının 77-ci ildönümü ilə əlaqədar həftə ərzində hər gün saat 5-də onun müxtəlif filmləri nümayiş olunacaq. C. Quliyev onu da əlavə edib ki, Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Film Fondunun təşəbbüsü ilə Rusiya Teleradio Fondunda rejissorun “Ad günü” filminin bərpasına başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR