Bank Of Baku

“Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya” məsələləri üzrə Dövlətlərarası Şuranın XV iclası Bakıda keçiriləcək

“Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya” məsələləri üzrə Dövlətlərarası Şuranın XV iclası Bakıda keçiriləcək
# 23 noyabr 2010 15:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova- APA. 29 noyabr – 2 dekabr tarixlərində Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə MDB İcraiyyə Komitəsi “Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya” məsələləri üzrə Dövlətlərarası Şuranın XV iclası keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə qonaq qismində Belarusun informasiya nazirinin birinci müavini Liliya Ananiç, Rusiya Federasiyasından Nəşr və kütləvi kommunikasiyalar Federal Agentliyinin Dövrü mətbuat İdarəsinin rəis müavini Gennadi Kudiy, MDB müstəqil kitab yayımı Asosassiyasının vitse-prezidenti Anatoli Qorbunov, Rusiya Federasiyası Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin şöbə müdiri Anastasiya Minayeva da daxil olmaqla 15 nəfərlik nümayəndə heyəti iştirak edəcək.
Məlumat üçün bildirək ki, 1999-u ildə yaradılmış MDB İcraiyyə Komitəsi “Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya” məsələləri üzrə Dövlətlərarası Şuraya ölkəmiz 2005-ci ildən üzv olub və qurumun iclaslarında ardıcıl olaraq fəal iştirak edib.
Şura dövri mətbuat, kitab nəşri, kitab yayımı, kitabın təbliği və müdafiəsi, poliqrafiya məsələləri üzrə əməkdaşlıq sahəsində mühüm normativ sənədlər hazırlayır, MDB üzvü ölkələrində göstərilən sahə üzrə birgə tədbirlər müəyyən edir və ölkələr arasında çap məhsulları mübadiləsini tənzimləyir. Hazırda bu qurumun sədri Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat sektorunun müdiri, şair Çingiz Əlioğludur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR