Bank Of Baku

İordaniyada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

İordaniyada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
# 24 noyabr 2010 11:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Noyabrın 29-dan dekabrın 3-dək İordaniyada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın İordaniyadakı səfirliyindən məlumat verilib.

Hazırda tədbirlərə hazırlıq işləri aparılır. İordaniyanın müxtəlif şəhərlərində keçiriləcək tədbirlərə Azərbaycandan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik nümayəndə heyəti də qatılacaq.

Mədəniyyət günləri çərçivəsində Azərbaycanla bağlı fotosərgilər təşkil olunacaq, muğam ustaları, müğənnilər və qədim musiqi alətləri ansamblının, rəqqasların iştirakı ilə konsert proqramları olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR