Bank Of Baku

Əbülfəs Qarayev: “Azərbaycan xalçaçılıq məktəbi dünya tərəfindən tanındı”

Əbülfəs Qarayev: “Azərbaycan xalçaçılıq məktəbi dünya tərəfindən tanındı”
# 24 noyabr 2010 12:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Azərbaycan xalçasının UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına salınması böyük hadisədir. Bu yolda müəyyən maneələr var idi. Lakin komissiya üzvləri Azərbaycan xalçaçılıq sənətinin yüksək səviyyədə olmasını nəzərə alaraq yekdilliklə bu nominasiyanı müvafiq ad altında qəbul etdilər – “Azərbaycan xalça sənəti Azərbaycan Respublikasındadır”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir Keniyada keçirilən UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komissiyasının iclasında Azərbaycanın ilk dəfə olaraq bu komissiyanın üzvü kimi çıxış etməsini xüsusi vurğulayıb.

Komissiyada cəmi 24 ölkənin olduğunu diqqətə çatdıran Ə. Qarayev, onların sırasında Azərbaycan ekspertlərinin olmasını ölkənin bu sahədə əldə etdiyi nailiyyətlərin əyani sübutu kimi qiymətləndirib: “Biz komissiya üzvü olaraq tək Azərbaycanın yox, bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil olan nümunələr haqqında öz rəylərimizi bildirirdik. Son illər Azərbaycanın üç nümunəsi – muğam, aşıq sənəti və Novruz bayramı o siyahıya daxil edilib. Bu dəfə də Azərbaycan xalçası təqdim olundu və müsbət nəticə əldə edildi. Biz bununla dünyaya bəyan etdik ki, Azərbaycan xalçaçılıq məktəbi mövcuddur, dünya tərəfindən tanınır. Bundan sonra heç kəs Qarabağ, Qazax, Şirvan, Bakı və ya digər xalçaçılıq məktəbinin başqasına məxsus olması haqqında söz deyə bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR