Bank Of Baku

Şah İsmayılın Türkiyənin Topqapı Muzeyində saxlanılan taxtı Azərbaycanda sərgilənə bilər

Şah İsmayılın Türkiyənin Topqapı Muzeyində saxlanılan taxtı Azərbaycanda sərgilənə bilər
# 24 noyabr 2010 14:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın Şirvanşahlar Sarayının əməkdaşları Türkiyənin bəzi muzeylərində olan əsərlərlə bağlı çalışmalar həyata keçirirlər. Bunu APA-ya açıqlamasında Azərbaycanda səfərdə olan Türkiyənin məşhur Topqapı Sarayı Muzeyinin direktoru Yusuf Benli deyib. Y. Benli bildirib ki, Topqapı Sarayı türk dünyasının min illik tarixini içində toplayan, üç qitəyə hökm etmiş çox önəmli bir mərkəzdir: “Muzeyimiz bu sarayın ana məkanıdır və bütün tarixi əşyalar orada toplanıb. Muzeyimizdə Orta Asiyadan, İrandan, Yaxın Şərqdən olan eksponatlar saxlanılır və qorunur”.

Y. Benli Topqapı Muzeyinin Azərbaycan muzeyləri ilə əməkdaşlığa başlayacağını açıqlayıb: “Azərbaycan muzeyləri ilə əməkdaşlığa dair xüsusi konsepsiya hazırlanır və bu yaxınlarda hazır olacaq. Bu əməkdaşlıq çərçivəsində Topqapı Sarayında Azərbaycanla əlaqəli eksponatların sərgilərinin təşkili də olacaq. Bakıda tək Topqapı Sarayında deyil, Türkiyənin digər muzeylərində saxlanılan Azərbaycanla bağlı eksponatlardan ibarət sərgi də açıla bilər. Bu gün Topqapı Sarayında saxlanılan eksponatlar bütün dünya ölkələrində sərgilənir. Elə dünən Moskvada sərgimiz təşkil olunub. Bu cür sərgilərin Azərbaycanda da təşkili bizim arzularımız sırasındadır”.

Şah İsmayıl Xətainin Topqapı Sarayında saxlanılan taxtının Azərbaycana gətirilməsinə gəlincə, Y. Benli bu barədə suala “hər cür əməkdaşlıq mümkündür” cavabını verib. Onun sözlərinə görə, Azərbaycanda təşkil olunması nəzərdə tutulan sərgilərdə o taxtın da gətirilib nümayiş etdirilməsi mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR