Bank Of Baku

“Qafqaz qartalının uçuşu” sənədli filminə ilk baxış keçirilib

“Qafqaz qartalının uçuşu” sənədli filminə ilk baxış keçirilib
# 26 noyabr 2010 09:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində “Salnamə” və Sankt-Peterburqun “Lennauçfilm” studiyalarının birgə istehsalı olan “Qafqaz qartalının uçuşu” sənədli filminə ilk baxış keçirilib. APA-nın məlumatına görə, film II Dünya Müharibəsi illərində Leninqradın müdafiəsi zamanı qəhrəmancasına döyüşən azərbaycanlı hərbi pilot Hüseynbala Əliyevə həsr olunub. Filmin quruluşçu rejissoru Tahir Əliyev bildirib ki, bir müddət əvvəl Sankt-Peterburqda filmin təqdimatı keçirilib.
Filmin ssenari müəllifi Valentina Qurkalenko, operatoru Maksim Konavalçuk və Elxan Rüstəmov, prodüserləri Böyükağa Məmmədov və Vladimir Bajindir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR