Bank Of Baku

Azərbaycan Monteneqro ilə mədəniyyət və turizm sahəsində əməkdaşlıq edəcək

Azərbaycan Monteneqro ilə mədəniyyət və turizm sahəsində əməkdaşlıq edəcək
# 26 noyabr 2010 13:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Monteneqronun xarici işlər naziri Milan Roçeni qəbul edib. APA-nın məlumatına görə, görüşdə müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq barədə müzakirə aparılıb. Ə. Qarayev Monteneqro ilə mədəniyyət və turizm sahəsində əməkdaşlıqda maraqlı olduqlarını deyib. O, Monteneqro xarici işlər nazirinin vasitəsilə bu ölkənin mədəniyyət nazirini gələn ilin aprelində Bakıda keçirilməsi nəzərdə tutulan mədəniyyətlərarası dialoqa dair tədbirə dəvət edib.

M. Roçen isə Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlığın həyata keçirilməsi istiqamətində xüsusi layihələrin hazırlanacağını bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanla Monteneqro arasında birbaşa aviareysin açılması istiqamətində də danışıqlar gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR