Bank Of Baku

Tiflisdəki "Varlıq" Mədəniyyət Mərkəzində şairə Fatma Aslanın "Göy üzündə gəzən bulud" kitabının təqdimatı keçirilib - FOTOSESSİYA

Tiflisdəki "Varlıq" Mədəniyyət Mərkəzində şairə Fatma Aslanın "Göy üzündə gəzən bulud" kitabının təqdimatı keçirilib - <font color=red>  FOTOSESSİYA</font>
# 26 noyabr 2010 16:26 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Tiflisdəki "Varlıq" Mədəniyyət Mərkəzində Faxralı kənd sakini, kənd orta məktəbinin müəllimi Fatma Aslanın (Əliyeva) ilk kitabının təqdimat mərasimi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gürcüstan bölməsinin təşkilatçılığı ilə baş tutub. Təqdimatda AYB-nin Gürcüstan bölməsinin sədri , şair Rafiq Hümbət çıxış edərək istedadlı şairə Fatma Aslanın Tiflis şəhərindəki "Universal" nəşriyyatında çap olunan "Göy üzündə gəzən bulud" adlı kitabını tədbir iştirakçılarına təqdim edərək burada dərc olunan şeirlərin məziyyətindən, onların poeziyanın bütün qayda-qanunlarına cavab verdiyindən və dolğun, mənalı misraların oxucuların yaddaşında dərin iz buraxdığını və vətən sevgisi, yurd həsrəti, insanın iç duyğuları, ömrün ayrı-ayrı məqamlarının əks olunduğunu söyləyib. Sonra tədbirdə Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları Fəxri Hacıyev, Şövqi Mehdizadə, ARDNŞ-in Gürcüstan nümayəndəliyi rəhbərinin müavini Arif Əliyev və başqaları çıxış edərək Borçalıda istedadlı qadın şairlərinin sayının artdığını, son illərdə onların cəmiyyət içində fəallığını və istedadlarının üzə çıxdığını vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR