Bank Of Baku

Bakıda “Mədəniyyətlərarası dialoq: Linqvistik, pedaqoji və ədəbi aspektlər” mövzusunda beynəlxalq elmi konfrans başa çatıb - FOTO

Bakıda “Mədəniyyətlərarası dialoq: Linqvistik, pedaqoji və ədəbi aspektlər” mövzusunda beynəlxalq elmi konfrans başa çatıb - <font color=red>FOTO</font>
# 26 noyabr 2010 20:29 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün Bakıda Azərbaycan Dillər Universitetində (ADU) “Mədəniyyətlərarası dialoq: Linqvistik, pedaqoji və ədəbi aspektlər” mövzusunda ikigünlük beynəlxalq elmi konfrans başa çatıb.

APA-nın məlumatına görə, bağlanma mərasimində elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov keçirilən konfransın əhəmiyyətindən danışıb. Sonda konfransın yekun sənədi qəbul edilib. Bununla da “Mədəniyyətlərarası dialoq: Linqvistik, pedaqoji və ədəbi aspektlər” mövzusunda ikigünlük beynəlxalq elmi konfrans başa çatıb.

Xatırladaq ki, konfrans çərçivəsində 4 bölmədə 250-yə yaxın məruzə səsləndi. Bu məruzələr dil, mədəniyyət, kulturologiya, tərcümə, informasiya, qarşılıqlı əlaqələr və digər sahələri özündə əks etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR