Bank Of Baku

“Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert” layihəsi keçiriləcək

“Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert” layihəsi keçiriləcək
# 29 noyabr 2010 11:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında professional musiqi ifaçılığı ilə məşğul olan gənclərin “Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert” layihəsi həyata keçiriləcək. Bəstəkarlar İttifaqından APA-ya verilən məlumata görə, konsertin ifaçıları həm klassik, həm də müasir Azərbaycan musiqisini tanıtmağa çalışan musiqiçilər – Anar Məmmədov (klarnet), Vəli Budaqov (klarnet) və Aysel Məlikova (piano) olacaq.

Konsertin proqramına Azərbaycan professional musiqisinin banisi Ü. Hacıbəylidən başlayaraq bu günə qədər Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndələrinin müxtəlif janrlı əsərləri daxil edilib.

Konsert dekabrın 2-də keçiriləcək. Giriş sərbəstdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR