Bank Of Baku

Daxili işlər nazirinin iştirakı ilə “Əlavə təsir” bədii filminə ilk baxış keçirilib

Daxili işlər nazirinin iştirakı ilə “Əlavə təsir” bədii filminə ilk baxış keçirilib
# 29 noyabr 2010 11:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Heydər Əliyev Sarayında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının istehsalı olan “Əlavə təsir” bədii filminə ilk baxış keçirilib. APA-nın məlumatına görə, film Azərbaycan polisinin xidməti fəaliyyətinə həsr edilib. Daxili işlər orqanlarının əməkdaşları filmin ilk tamaşaçıları olublar. Təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və daxili işlər naziri Ramil Usubov çıxış edərək yaradıcı heyəti təbrik ediblər.

Filmin quruluşçu rejissoru Elxan Cəfərov, ssenari müəllifləri Elza Ağayeva və Ramiz Fətəliyev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Aygün Səmədzadədir. Filmdə aktyorlar Əbdülqəni Əliyev, Kənan Mahmudov, Xalidə Quliyeva, Gülzar Qurbanova və başqaları çəkiliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR