Bank Of Baku

Azərbaycan səhnəsində Rusiya Akademik Böyük Teatrının solistlərinin ifasında “Don Kixot” baleti nümayiş olunub

Azərbaycan səhnəsində Rusiya Akademik Böyük Teatrının solistlərinin ifasında “Don Kixot” baleti nümayiş olunub
# 29 noyabr 2010 13:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında L. Minkusun “Don Kixot” baletinin tamaşası keçirilib. APA-nın məlumatına görə, tamaşada Rusiya Akademik Böyük Teatrının solistləri – balet artistlərinin Moskva beynəlxalq müsabiqəsinin qızıl medalı və birinci mükafatının sahibi Çinarə Əlizadə və Böyük Teatrın premyeri, balet artistlərinin “Vaganova-prix” beynəlxalq müsabiqəsinin qızıl medal və birinci mükafatının, Sankt-Peterburqun “Qızıl sofit” ali teatr mükafatının sahibi Mixail Lobuxin iştirak edib.

Tamaşadan sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri, xalq artisti Tamilla Şirəliyeva tamaşanın peşəkar səviyyədə baş tutduğunu deyib: “Həmyerlimiz Çinarə Əlizadə balet artisti kimi qeyri-adi göstəricilərə malikdir – nadir plastika, temperament, artistizm və əlbəttə ki, professional məktəb. Biz hamımız onu teatrımızın səhnəsində görməyə çox şadıq, hesab edirik ki, bir balet artisti kimi gələcəkdə ustalığını daha da təkmilləşdirəcək. Böyük Teatrın solisti Mixail Lobuxinin çıxışını xüsusi qeyd etmək istərdim. O, nadir plastikası, tullanışı, yüksək texnikası və artistizmi ilə diqqəti cəlb edirdi və sözün həqiqi mənasında onu rus klassik baletinin ulduzu hesab etmək olar. Bugünkü tamaşada balet truppamızın çıxışı da məni qane etdi. Onlar həmişə olduğu kimi, bu dəfə də öz partiyalarını dəqiqliklə və sinxron şəkildə ifa edirdilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR