Bank Of Baku

Kanadada Ü. Hacıbəylinin 125 illiyi münasibətilə uşaq musiqisi axşamı keçirilib

Kanadada Ü. Hacıbəylinin 125 illiyi münasibətilə uşaq musiqisi axşamı keçirilib
# 29 noyabr 2010 16:59 (UTC +04:00)
Bakı – APA. Noyabrın 27-də Kanadanın Toronto şəhərində Azərbaycanın Kanadadakı səfirliyi, Musiqi və Mədəniyyət üzrə Alleqro Akademiyasının birgə təşkilatçılığı ilə Ü. Hacıbəylinin 125 illiyinə həsr olunmuş uşaq musiqisi axşamı keçirilib. Səfirlikdən APA-ya verilən məlumata görə, musiqi axşamında Ü. Hacıbəyli ilə yanaşı, V. Mustafazadənin, E. Nəzirovanın, C. Ələsgərovun, Q. Qarayevin əsərlərindən hissələr səsləndirilib. Tədbirdə Azərbaycanın Kanadadakı səfiri F. Şəfiyev də iştirak edib.

Qeyd edək ki, Musiqi və Mədəniyyət üzrə Alleqro Akademiyasının əsası Ayşən Nuriyeva və Rəna Nuriyeva tərəfindən qoyulub. Akademiya musiqi tədrisi ilə məşğul olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR