Bank Of Baku

Azərbaycan və İordaniya milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb

Azərbaycan və İordaniya milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb
# 30 noyabr 2010 14:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan və İordaniya Haşimilər Krallığının milli kitabxanaları qarşılıqlı əməkdaşlıq edəcək. Bu barədə APA-ya İordaniyada səfərdə olan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov deyib. O bildirib ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində təmsil olunan Mirzə Fətəli Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirovla və İordaniya milli kitabxanasının direktoru arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Görüş zamanı Azərbaycan milli kitabxanası tərəfindən mədəniyyətimizi, tariximizi əks etdirən, eyni zamanda Qarabağa həsr olunmuş kitablar hədiyyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR