Bank Of Baku

Əbülfəs Qarayev İordaniyanın turizm və tarixi abidələr və mədəniyyət nazirləri ilə görüşüb

Əbülfəs Qarayev İordaniyanın turizm və tarixi abidələr və mədəniyyət nazirləri ilə görüşüb
# 30 noyabr 2010 15:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İordaniyada səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin bu gün İordaniya turizm və tarixi abidələri naziri Zeyd Qussus ilə görüşü keçirilib. İordaniyada səfərdə olan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, görüşdə Azərbaycanla İordaniya arasında turizm əlaqələri müzakirə edilib. Görüş zamanı ölkələr arasında turizmin inkişaf etdirilməsi üçün yüksək potensial olduğu bildirilib. Bununla əlaqədar Bakı və Əmman arasında birbaşa reysin açılması ilə bağlı aparılan danışıqların da müsbət həll olunacağı qeyd olunub. Eyni zamanda Ə. Qarayev Bakıda keçirilən turizm sərgilərində İordaniyanın iştirakının arzulandığını da diqqətə çatdırıb.
Daha sonra isə Ə. Qarayevlə İordaniyanın mədəniyyət naziri Nəbih Şakumun görüşü baş tutub. Görüşdə iki ölkə arasında mədəni əlaqələr müzakirə edilib.
Ə. Qarayev iordaniyalı həmkarına iki ölkə arasında üç illik əməkdaşlıq proqramının işlənilib, həyata keçirilməsini təklif edib. Ə. Qarayev N. Şakumu gələn ilin aprelində Bakıda keçiriləcək Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib. Azərbaycanın mədəniyyət və turizm naziri bildirib ki, elə həmin səfər çərçivəsində üç illik protokol da təsdiqini tapacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR