Bank Of Baku

İordaniyada Azərbaycan Mədəniyyət Günlərinin açılış mərasimi keçirilib – FOTOSESSİYA

İordaniyada Azərbaycan Mədəniyyət Günlərinin açılış mərasimi keçirilib – <font color=red>FOTOSESSİYA </font>
# 01 dekabr 2010 14:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İordaniya Haşimilər Krallığında Azərbaycan Mədəniyyət Günlərinin rəsmi açılış mərasimi keçirilib. İordaniyada səfərdə olan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya bildirib ki, paytaxt Əmman şəhərində keçirilən təntənəli mərasimdə hər iki ölkənin mədəniyyət nazirləri, xarici ölkələrin səfirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Açılış mərasimində iki ölkənin himnləri səslənib və rəsmi çıxışlar olub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın mədəniyyəti, eləcə də işğal olunmuş Azərbaycan torpaqlarında dağıdılan tarixi və mədəni abidələr haqqında məlumatlar verib.

Afaq Məlikovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Rəqs Ansamblının bir qrup üzvü, əməkdar artist Məcnun Kərimovun rəhbərliyi ilə Qədim Musiqi Alətləri Ansamblı, xanəndələr İlkin Əhmədov, Vəfa Orucova, əməkdar artistlər Nuriyyə Hüseynova, Elza Seyidcahan və Teyyub Aslanov və digərləri Əmman şəhərinin bir neçə yerində konsert proqramları ilə çıxış ediblər. Bundan başqa, “Azərbaycan ənənə və müasirliyin qovşağında” adlı fotosərgi də nümayiş olunub.

Açılış mərasimindən sonra isə Ə. Qarayev Azərbaycanın İordaniyadakı səfirliyində iordaniyalı jurnalistlər üçün mətbuat konfransı keçirib.

Mədəniyyət Günləri dekabrın 3-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR