Bank Of Baku

Bakıda Qalina Vişnevskayanın opera mərkəzi solistlərinin iştirakı ilə “Karmen” operasının tamaşası keçiriləcək

Bakıda Qalina Vişnevskayanın opera mərkəzi solistlərinin iştirakı ilə “Karmen” operasının tamaşası keçiriləcək
# 02 dekabr 2010 14:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 13-də IV Beynəlxalq Rostropoviç Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qalina Vişnevskayanın opera mərkəzi solistlərinin iştirakı ilə J. Bizenin “Karmen” operasının tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tanınmış rusiyalı vokalçılar, beynəlxalq müsabiqələrin qalibləri Alina Şakirova (Karmen), Oleq Dolqov (Xoze), Anastasiya Privoznovaya (Mikaella) ilə yanaşı, tamaşada həmçinin Rusiya Dövlət Akademik Böyük Teatrının solisti - həmyerlimiz Elçin Əzizov da (Eskamilio) çıxış edəcək.

Opera tamaşasını tanınmış rusiyalı dirijor Yaroslav Tkalenko idarə edəcək. Tamaşanın quruluşçu rejissoru İvan Popovskidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR