Bank Of Baku

Göyçayda keçirilən V ümumrespublika bədii qiraət müsabiqəsi başa çatıb

Göyçayda keçirilən V ümumrespublika bədii qiraət müsabiqəsi başa çatıb
# 02 dekabr 2010 15:51 (UTC +04:00)
Göyçay-Şahnəzər Bəşirov-APA. Göyçayda Rəsul Rzanın 100 illik yubileyinə həsr olunan “Deyilən söz yadigardır” mövzusunda V ümumrespublika bədii qiraət müsabiqəsinə yekun vurulub. APA-nın Şirvan bürosunun xəbərinə görə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən və iki gün davam edən müsabiqə 3 seçim turundan və final mərhələsindən ibarət olub. Müsabiqədə 40 şəhər və rayondan olan 18-30 yaşlarında 90-a yaxın gənc iştirak edib. Onlar səlis danışıq qabiliyyətini, natiqlik məharətini və səhnə davranışını nümayiş etdirib, gözəl nitqlə mənsur şeirlər, bayatılar, qəzəllər, laylalar, aşıq seirləri, hekayələr, romanlardan parçalar söyləyiblər.

Gənclərin istedadını Mədəniyyət və Turizm Nazirliyinin, dövlət teatrlarının mütəxəssislərindən ibarət münsiflər heyəti qiymətləndirib. Seçim turlarından sonra finala 8 nəfər çıxıb. Ərzanalıyev Pərvin Ərzanalı qızı (Fizuli) birinci, Qurbanova Könül Əliyar qızı (Sumqayıt) ikinci, Ağayeva Həcər Maqsud qızı (Bakı) üçüncü yeri tutub. Mükafatlar Mədəniyyət və Turizm Nazirliyində təqdim olunacaq.

Qeyd edək ki, birinci yerə çıxana 500 manat, ikinci yeri tutana 300 manat, üçüncü yerin sahibinə isə 250 manat və diplomlar veriləcək. Əlavə olaraq növbəti üç yerin sahibinin hər birinə isə həvəsləndirici mükafat kimi 100 manat təqdim olunacaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR