Berlindəki Humboldt Universitetində “Azərbaycan müxtəlif mədəniyyətlərin təmas nöqtəsidir” mövzusunda elmi konfrans keçirilib
Konfransın işi üç seksiyada aparılıb. Birinci seksiya Qafqaz Albaniyasının tarixi və memarlığı, onun Azərbaycanda islam memarlıq ənənələrinə təsiri mövzusuna həsr edilib. Bu seksiyada AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, AMEA Tarix İnstitutunun tarixi coğrafiya şöbəsinin müdiri, Azərbaycan Aviasiya Akademiyasının humanitar elmlər kafedrasının müdiri Fəridə Məmmədova “Qafqaz Albaniyası və Alban Apostol avtokefal kilsəsi” mövzusunda, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Qoşqar Qoşqarlı “Antik dövr Qafqaz Albaniyasının tarixinin öyrənilməsində arxeologiyanın rolu” mövzusunda, AMEA Tarix İnstitutunun elmi işçisi Ülviyyə Hacıyeva “XIX əsrdə alban katolikosluğunun – patriarxlığının ləğv edilməsi” mövzusunda, Vyana Universitetinin İncəsənət Tarixi institutunun əməkdaşı Anneqred Plontke-Lyuninq, memarlıq doktoru, Azərbaycan Memarlıq-İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova “Orta əsr Azərbaycan memarlıq aspektləri və memarlıq irsinin mühafizəsi problemləri”, Azərbaycan Memarlıq-İnşaat Universitetinin memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının dosenti Səbinə Hacıyeva “Qafqaz Albaniya-Azərbaycan dini memarlığında xristian və müsəlman motivlərinin simbiozu”, Azərbaycanın Polşadakı Fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov “Bakı tarixində bütpərəstlik dövrü (Qız qalası haqqında)” mövzularında məruzələrlə çıxış ediblər.
Fəridə Məmmədova “Qafqaz Albaniyası və Alban Apostol Avtokefal kilsəsi” mövzusunda məruzəsində vurğulamışdır ki, Qarabağ münaqişəsi başlayandan dərhal sonra – 1989-cu və 1991-ci illərdə Almaniya elmi ictimaiyyəti Qafqaz Albaniyasına həsr edilmiş konfrans keçirən ilk elmi birlik olub.
Konfransın ikinci seksiyası Şərq poeziyası və orta əsrlərdə Azərbaycan ədəbiyyatı məsələlərinə həsr edilib. Bu seksiyada Berlin Azad Universitetinin professoru, doktor Mixael Raynhard Hess “İmadəddin Nəsiminin ədəbi fəaliyyətinin tədqiqində yeni nəticələr”, türkiyəli professor Fatih Usluer “Azərbaycan ədəbiyyatında hürufilik”, Bakı Slavyan Universitetinin professoru Rəhilə Qeybullayeva “Azərbaycan milli identikliyinin formalaşmasında orta əsrlər ədəbiyyatının rolu” mövzusunda məruzələrlə çıxış ediblər.
Tədbirin üçüncü hissəsində tarix elmləri namizədi Zaur Həsənovun “Çar skifləri: Çar skiflərinin və qədim oğuzların etnik-dil identifikasiya” (İstanbul, 2009) və professor Mixael Raynhard Hessin “İmadəddin Nəsiminin ədəbi fəaliyyəti haqqında” (Aahen, 2009) əsərlərinin təqdimatı olub.
Almaniyada Azərbaycan Elm və Mədəniyyət Həftəsi öz proqramını davam etdirir.
Mədəniyyət siyasəti
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Xəbər Lenti
Müdafiə naziri: Britaniya 1000 gün ərzində müharibəyə hazır olmalıdır
Ərəb koalisiyası ər-Riyad üzərində daha bir pilotsuz uçuş aparatını vurub
İsrail ordusu seçki öncəsi hazırlıq səviyyəsini maksimuma çatdırıb
Tramp Danimarkanın Qrenlandiyanı ABŞ-a verdiyini düşünür
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
İtaliyada etirazlar zamanı 371 nəfər saxlanılıb
Tramp ABŞ Konqresinə seçkilərdə iştirak edib
İran ABŞ-a yeni təkliflər göndərməsi ilə bağlı xəbərləri təkzib edib
Husilər ər-Riyad hava limanını hərbi hədəf elan ediblər
Prezident İlham Əliyevin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Tramp İrana yeni zərbələr endirilə biləcəyini istisna etməyib
İran ABŞ-ın blokadanı aradan qaldırması müqabilində Hörmüzü açmağı təklif edib
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
"Euronews": AQEM üzvləri regional dialoqu konkret addımlara çevirməyə çalışırlar - VİDEO
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
Mask Ukrayna ordusu üçün Starlink internet xidmətlərində məhdudiyyət tətbiq etdiyini etiraf edib
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Gürcüstanda saxlanılan İbad Hüseynov səfirliyin dəstəyi ilə buraxılıb, Azərbaycana qayıdıb
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - YENİLƏNİB
Fransada iğtişaşlar zamanı 1000-ə yaxın şəxs saxlanılıb
Rusiya Xarkov və Dnepropetrovsk vilayətinə zərbələr endirib: ölənlər və yaralananlar var
İtaliyanın müxtəlif şəhərlərində etirazçılarla polislə arasında toqquşma yaşanıb
Fransada oktyabrın 24-də 410 min nəfər etiraz aksiyalarına qatılıb
Husilər Səudiyyə Ərəbistanında hava limanlarını və neft obyektlərini hədəf aldıqlarını açıqlayıblar
FIFA U-15: Azərbaycan Timor-Leste millisini 6:0 məğlub edib
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB
Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk
Ukrayna qüvvələri Omskda kimya zavoduna zərbə endirib
Goranboyda “Changan” piyadanı vuraraq öldürüb - FOTO
Rusiya səfirliyi diplomatların İrandan çıxarılması ilə bağlı iddialara münasibət bildirib
Lənkəranda balıq tutan kişi ölüb
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1
Misli Premyer Liqasında “Kəpəz” “Şəfa”ya qalib gəlib
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır - YENİLƏNİB
Gəncədə avtomobilin vurduğu piyada 7 gün sonra xəstəxanada ölüb - YENİLƏNİB
FIFA prezidenti: Azərbaycana təşəkkürümü bildirirəm
Fransada etirazçılarla polis arasında toqquşma baş verib - YENİLƏNİB
Pezeşkian Moskvaya səfər edəcək
Rusiyada qatar mikroavtobusla toqquşub, 6 nəfər ölüb
Gəncədə 49 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə
Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazanıb
“Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib
Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Bakı Bulvarında Zeytun Festivalı davam edir - FOTO
Tovuzda bağlı qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib
U-15 dünya çempionatı başlayır
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib