Bank Of Baku

Aşıq Ədalətin yaradıcılıq gecəsi keçirilib

Aşıq Ədalətin yaradıcılıq gecəsi keçirilib
# 07 dekabr 2010 16:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Filarmoniyasında əməkdar incəsənət xadimi Aşıq Ədalətin yaradıcılıq gecəsi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub Aşıq Ədalətin yaradıcılığından danışıb. O bildirib ki, bu gün Aşıq Ədalətin yaradıcılığına nəzər salmaq Azərbaycanın mötəbər aşıqlarını yada salmaq deməkdir.

Z. Yaqub 22 il əvvəl Azərbaycan Dövlət Filarmoniyasında Aşıq Ədalətin 50 illik yubileyinin qeyd olunduğunu xatırladıb: “Aşıq Ədalət sazın milli çərçivələrini qırdı, sənəti müxtəlif ölkələrdə təbliğ etdi. Aşıq Ədalət dedikdə saz, saz dedikdə Aşıq Ədalət yada düşür. 72 yaşlı Aşıq Ədalətin bu gün bizim yanımızda olması, hər birimiz üçün böyük fəxrdir”.

Aşıq Ədalət isə jurnalistlərə açıqlamasında isə 70 yaşı keçməsinə baxmayaraq, özünü çox yaxşı hiss etdiyini deyib və yaradıcılığına olan yüksək hörmətdən razılığını dilə gətirib.

Daha sonra yaradıcılıq gecəsi Azərbaycan aşıqlarının ifaları və təbrik nitqləri ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR