Bank Of Baku

Bakıda Avropa Filmlərinin Festivalı keçiriləcək

Bakıda Avropa Filmlərinin Festivalı keçiriləcək
# 08 dekabr 2010 13:30 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Dekabrın 10-da Belçikada çəkilmiş “Tullanış” filminin nümayişi ilə Bakıda Avropa Filmləri Festivalının açılış olacaq. APA-nın xəbərinə görə, açılışda hazırda Avropa Birliyinə sədrlik edən Belçikada çəkilmiş “Tullanış” (Nor) filmi nümayiş olunacaq.

2002-ci ildə istehsal olunan və həm milli, həm də beynəlxalq səviyyədə 13 mükafata layiq görülən filmdə qanunsuz immiqrantlardan bəhs edilir. Filmin direktoru Dominik Standaert bildirib ki, immiqrasiya mövzusu Avropa üçün aktual mövzu olaraq qalır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR