Bank Of Baku

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi tam buraxılaraq yenidən formalaşdırılacaq

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi tam buraxılaraq yenidən formalaşdırılacaq
# 09 dekabr 2010 08:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bütün kollektivi dekabrın 30-dan etibarən işsiz qalacaq. APA-nın məlumatına görə, bunu Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib. Nazir müavini bildirib ki, həmin gündən teatrın yaradıcı və texniki heyəti rəsmən işsiz sayılacaq: “Teatr sahəsində aparılan islahatlar davam edəcək. Dövlət Akademik Milli Dram Teatrına yenidən işə qəbul elan olunacaq və bu proses müsabiqə yolu ilə aparılacaq. Digər teatrların aktyorları da bu müsabiqədə iştirak edə biləcəklər. Bu prosesin teatrın inkişafına xidmət edəcəyinə inanırıq”.

Ə. Vəliyevin sözlərinə görə, yaxın vaxtlarda bütün rejissorlar qonorar sistemi ilə çalışmağa başlayacaq. O, Dövlət Akademik Milli Dram Teatrında Adil İsgəndərov və Ələsgər Ələkbərov kimi görkəmli teatr xadimlərinin 100 illik yubileylərinin qeyd olunacağını, Rus Dram Teatrının 90 illik yubileyi ilə bağlı tədbir keçiriləcəyini də açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR