Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondunun iclasında iştirak ediblər

Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondunun iclasında iştirak ediblər
# 09 dekabr 2010 09:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondunun (İFESCCO) Rusiyanın paytaxtı Moskva şəhərində Ekspertlər İclası təşkil olunub. İclasda Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli və Turizm şöbəsinin Daxili turizm sektorunun baş məsləhətçisi Vüqar Şıxməmmədov iştirak edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Özbəkistan, Rusiya, Tacikistan və Ukrayna nümayəndə heyətləri ilə, həmçinin MDB və İFESCCO təmsil olunub.
İclasda növbəti ilin MDB-də Tarixi-Mədəni İrs İli elan olunmasının nəzərə alınması şərti ilə İFESCCO-nun 2011-ci il üçün əsas layihələr, sistem layihələr, tematik layihələr, MDB-nin 20 illiyinə həsr olunmuş tədbirlər, ölkələr üzrə tədbirlər, İFESCCO-nun Qrant proqramı üzrə layihələr təsnifatı əsasında tədbirlər planı müzakirə edilib. İclasda müzakirə edilmək üçün təqdim olunmuş hər bir layihənin ayrı-ayrılıqda təhlili və qiymətləndirilməsi nəticəsində İFESCCO-nun 2011-ci il üçün tədbirlər planına daxil edilməsi, yenidən işlənilməsi və imtina edilməsi tövsiyə olunan layihələrin siyahıları müəyyən edilib.
Seçim zamanı layihələrin keyfiyyəti ilə yanaşı, İFESCCO-ya üzv dövlətlər arasında müvafiq paritetin qorunmasına xüsusi diqqət yetirilib. Eyni zamanda, 2011-ci ilin MDB-də Tarixi-Mədəni İrs İli olduğunu nəzərə alaraq, 2011-ci ilin ikinci yarısında həyata keçirilməsi planlaşdırılan maddi və qeyri-maddi mədəni irsə dair layihələr üçün müsabiqənin açıq qalmasına dair razılıq əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR