Bank Of Baku

Qara Qarayev adına pianoçuların I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsinin qalibləri məlum olub

Qara Qarayev adına pianoçuların I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsinin qalibləri məlum olub
# 11 dekabr 2010 15:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilən Qara Qarayev adına pianoçuların I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və pianoçuların “Fortepiano Qara Qarayev yaradıcılığında” I Beynəlxalq elmi-ifaçılıq konfransı başa çatıb. APA-nın məlumatına görə, tədbir Bakı Musiqi Akademiyasının 90 və akademiyanın orta ixtisas musiqi məktəb-studiyasının 30 illiyinə həsr olunub.
Müsabiqədə Türkiyə, Rusiya, Özbəkistan, Türkmənistan, Gürcüstan və Tatarıstandan bir çox musiqiçilər iştirak edib. Birinci qrup iştirakçılar 10-16 yaş həddində, ikinci qrup isə 17-30 yaş həddində müəyyən olunub. Azərbaycanı birinci yaş qrupunda 7, ikinci yaş qrupunda isə 6 musiqiçi təmsil edib.
Müsabiqənin qran-pri mükafatı rusiyalı Varvara Nepomnyaşşayaya təqdim edilib. I yeri azərbaycanlı gənc musiqiçilər - 12 yaşlı Murad Abbasov və 16 yaşlı Fuad Əlizadə paylaşıb. II yerə Nigar Qəhrəmanova və Vüsalə Babayeva, III yerə isə Elnarə Səfərova və Mərvə Akyıldız layiq görülüb. Digər iştirakçılar münsiflər heyəti tərəfindən diplom və mükafatlarla təltif olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR