Bank Of Baku

Varşavada rəssam Həmid İbadullayevin rəsm əsərlərindən ibarət «Gecə-Gündüz» adlı sərgi keçirilib

Varşavada rəssam Həmid İbadullayevin rəsm əsərlərindən ibarət «Gecə-Gündüz» adlı sərgi keçirilib
# 13 dekabr 2010 18:09 (UTC +04:00)
Bakı-APA. Polşanın Varşava şəhərində «Apteka Ştuki» sərgi salonunda ölkəmizin Polşadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam, fotoqraf Həmid İbadullayevin rəsm əsərlərindən ibarət «Gecə-Gündüz» adlı sərgi keçirilib. Bu barədə APA-ya Azərbaycanın Polşadakı səfirliyindən məlumat veriblər. Sərginin açılış mərasimində Polşanın müxtəlif dövlət qurumlarının və yerli ictimaiyyətin nümayəndələri, incəsənət xadimləri və s. iştirak ediblər.

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov sərgini giriş sözü ilə açaraq, Azərbaycan mədəniyyətinə, rəssamlıq ənənələrinə, qədim tarixinə dair ətraflı məlumat verib.

Sərginin açılış mərasimində «Azərbaycan mənzərələri» adlı video çarx göstərilib. Tədbir Vaqif Mustafazadənin sədaları altında davam edib. Tədbirin sonunda polyak tarzən Voytek Kvapinskinin milli alətimiz olan tarda ifasından ibarət kiçik konsert proqramı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR