Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyi cəbhəyanı rayonlarda yeni layihəyə start verib

Mədəniyyət və Turizm Nazirliyi cəbhəyanı rayonlarda yeni layihəyə start verib
# 14 dekabr 2010 08:57 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu - APA. Mədəniyyət və Turizm Nazirliyi cəbhəyanı rayonlarda yeni layihəyə start verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, nazirlik əməkdaşları cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə konsert proqramı və müxtəlif səhnə əsərlərindən ibarət tədbirlər həyata keçirəcək.
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Elnur Hüseynov APA-nın Qarabağ bürosuna bildirib ki, bu tədbirlər xüsusi ilə cəbhə bölgələrində yaşayan uşaqlar üçün nəzərdə tutulub. Konsert proqramlarında respublikanın tanınmış sənətçiləri, incəsənət ustaları çıxış edəcəklər. Şənliklərin sonunda isə balaca tamaşaçıları bayram hədiyyələri gözləyir. Qrup ilk tədbirini Ağcabədinin “Taxta Körpü” qəsəbəsində məskunlaşmış laçınlı məcburi köçkünlər qarşısında reallaşdırıb. Analoji konsert proqramlarının Ağdam, Tərtər və Füzuli rayonlarında da keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR