Bank Of Baku

Bakıda Avropa filmləri festivalı çərçivəsində nümayiş etdirilən filmlərə 2000-dən çox tamaşaçı baxıb

Bakıda Avropa filmləri festivalı çərçivəsində nümayiş etdirilən filmlərə 2000-dən çox tamaşaçı baxıb
# 14 dekabr 2010 10:56 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. “Tamaşaçılar Bakıda keçirilən Avropa filmləri festivalına çox böyük maraq göstərirlər. Açılışdan bu günədək festival çərçivəsində nümayiş olunmuş filmlərə 2000-dən çox tamaşaçı baxıb”. Bu barədə APA-ya Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. Festival dekabrın 16-dək davam edəcək.

Bu gün festival çərçivəsində Oskara layiq görülmüş Avstriyada istehsal olunmuş “Saxtakarlar” ("The Counterfeiters") və Macarıstanda çəkilmiş “Bridgeman” filmləri nümayiş olunacaq. Dekabrın 15-də tamaşaçılar Polşada istehsal olunmuş “Ölüm vaxtı” və Hollandiyada çəkilmiş “Duska” filminə baxa bilərlər. Festival dekabrın 16-da İngiltərədə istehsal edilmiş “Ağılsızların əsri” və Almaniyada çəkilmiş “4 dəqiqə” filmlərinin nümayişi ilə yekunlaşacaq.

Qeyd edək ki, festival Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanda təmsil olunan Aİ ölkələrinin səfirlikləri tərəfindən birgə təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR