Bank Of Baku

Azərbaycan rejissorları Jerar Depardyenin Fransada hər il keçirdiyi yay məktəbində iştirak edəcəklər - FOTO

Azərbaycan rejissorları Jerar Depardyenin Fransada hər il keçirdiyi yay məktəbində iştirak edəcəklər - <font color=red>FOTO</font>
# 14 dekabr 2010 12:18 (UTC +04:00)
Bunun üçün xüsusi müsabiqədən keçmək və qısametrajlı film layihəsini təqdim etmək lazımdır. APA-nın məlumatına görə, bu barədə məşhur fransız aktyoru Jerar Depadye Azərbaycan kino işçiləri bu gün keçirdiyi görüşündə deyib: “10 ildir, fəaliyyət göstərən yay məktəbimdə iştirakçıların öz filmlərini çəkməsi üçün bütün imkanlar yaradılır. Bu imkan artıq Azərbaycan rejissorları üçün də yaradılacaq. Sadəcə, bizə layihələr təqdim etmək lazımdır”.

Qeyd edək ki, məşhur aktyor Jerar Depadyenin Azərbaycana səfərinin məqsədi IV Beynəlxalq Rostropoviç Festivalında iştirak, eyni zamanda Azərbaycanda kino layihələri həyata keçirməkdir. Aktyor eyni zamanda Aleksandr Dümanın Azərbaycana səfərini əks etdirəcək filmdə baş rolu oynayacaq, Azərbaycan Dövlət Kinostudiyası ilə birgə layihədə iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR