Bank Of Baku

Jerar Depardye “Səni sevirəm Bakı” filmini çəkə bilər

Jerar Depardye “Səni sevirəm Bakı” filmini çəkə bilər
# 14 dekabr 2010 12:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İki gündür Azərbaycanda səfərdə olan məşhur fransız aktyoru Jerar Depardye dünyaya səs salan və serial şəklində çəkilən “Səni sevirəm Nyu-York”, “Səni sevirəm Paris” silsiləsinin davamını Bakıya həsr edə bilər. APA-nın məlumatına görə, bunu J. Depardye Azərbaycan Dövlət Film Fondunda keçirilən görüş zamanı ona ünvanlanan suala cavab olaraq deyib. O bildirib ki, layihənin davamı olaraq “Səni sevirəm Bakı” filmini çəkməyə çox şad olardı: “Gənc rejissorlar mənə bununla bağlı maraqlı layihələr təqdim etsələr, çox gözəl olar”. Aktyor bu layihə üçün ABŞ və Avropa ölkələrinin tanınmış aktyorlarının da cəlb olunacağına söz verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR