Bank Of Baku

Jerar Depardye İçərişəhəri gəzib – FOTO

Jerar Depardye İçərişəhəri gəzib – <font color=red>FOTO </font>
# 14 dekabr 2010 14:27 (UTC +04:00)
Bakı – APA. Azərbaycanda səfərdə olan dünya şöhrətli fransız aktyoru Jerar Depardye İçərişəhərlə tanış olub. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, aktyorun gəzintisi Qız Qalası ilə tanışlıqla başlayıb. Qonaq Sıratağlı dini-memarlıq kompleksinin (Bazar meydanı) ərazisindəki müxtəlif dövrlərə aid bədii daş yonma sənətinin nümunələrinə tamaşa edib. Buxara karvansarasında olan aktyora bu abidənin Azərbaycanın qədim iqtisadi əlaqələrindən xəbər verdiyi və öz ilkin memarlıq quruluşunu saxladığı bildirilib.

Elektromobillərlə davam edən gəzinti zamanı İçərişəhər, Qoşa Qala Qapıları və yaxınlığındakı meydan barədə maraqlı tarixi məlumatlar qonağın diqqətinə çatdırılıb. Gəzinti zamanı aktyor Azərbaycan milli mətbəxinin nümunəsi olan təndir çörəyinə qonaq edilib.

Şirvаnşаhlаr Sаrаyı Kompleksi ilə tanışlıq zamanı abidələrin üzərindəki naxışlar Jerar Depardyenin xüsusi marağına səbəb olub.

Sonda J. Depardye İçərişəhərin fəxri qonaqlar kitabına öz ürək sözlərini yazıb və qədim şəhərə heyran olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR